19 May 20:44

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Yelena Çebanu daha bir qızıl medal qazanıb.

Teleqraf.com-un məlumatına görə, 36 yaşlı idmançı bu dəfə 200 metr məsafəyə qaçışda fərqlənib.

O, finişə 24,69 saniyəyə çatıb. Gümüş medalı indoneziyalı Endanq Sitorus 26,73 saniyə, bürünc medalı isə mərakeşli Meryem En-Nuri 31,29 saniyə nəticə ilə əldə edib.
Qeyd edək ki, Yelena Çebanu mayın 16-da 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb.


Müəllif: Teleqraf.com