20 May 09:14
481

Dövrünün ulduz futbolçularından biri, braziliyalı müdafiəçi Roberto Karlos canlı yayımda gözləmədiyi bir sürprizlə qarşılaşıb.

Dubayda bir telekanalın təşkil etdiyi şou proqrama qatılan əfsanə gözləmədiyi şəxslə üz-üzə gəlib.

Karlos pakistanlı hesab etdiyi bir gənc rəqibi ilə topu yerə salmadan qol vurmaq üçün yarışıb. Üzünə saqqal taxan gənc isə birlikdə milli komandada da oynadığı əfsanəvi futbolçu Rivaldo olub.

/Publika.az/


Müəllif: Teleqraf.com