20 May 2017 22:05
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət voleybol yığması yarımfinal mərhələsində Əlcəzairlə qarşılaşıb.

Teleqraf.com-un məlumatına görə, millimiz 3:1 hesabı ilə rəqibindən güclü olub.

Beləliklə, komandamız sabah keçiriləcək finalda qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif: Teleqraf.com