21 May 2017 08:07
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın ilk günü Azərbaycan milli komandası aktivinə iki medal yazdırıb.

Belə ki, 50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əli Əsgərzadə və 60 kq çəki dərəcəsində yarışan Davud Abbaslı Avropa kubokunun bürünc medallarına sahib olublar. Ayxan Tanrıverdiyev (55 kq), Qnyaz Mahmudlu (66 kq) və Şəhanə Hacıyeva isə 5-ci yeri tutublar.

Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunur.


Müəllif: Teleqraf.com