21 May 2017 19:38
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də daha bir Azərbaycan güləşçisi IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Report" xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib.

Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub.

Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıb.

Elis Manolova finala gedən yolda kamerunlu Blandin Metala Epanqanı və türkiyəli Buse Tosunu məğlub edib.

Bu çəki dərəcəsində bürünc medallara Şerin Sultana və Türkiyə təmsilçisi Buse Tosun layiq görülüblər.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.


Müəllif: Teleqraf.com