21 May 2017 22:15
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir zorxanaçımız medal qazanıb.

Teleqraf.com xəbər verir ki, idmançımız Xəyyam Orucov milsəngin növündə 1003 xalla üçüncü olub.

İranlı Mustafa Mofid qızıl (2501 xal), iraqlı Ridha Alqbri isə gümüş medal (1397) əldə edib. Digər bürünc medala isə Tacikistan təmsilçisi Navruz Arabov layiq görülüb.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif: Teleqraf.com