22 May 2017 16:23
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-dən 22-dək Bakıda keçirlən IV İslam Həmrəylik Oyunlarında oyunlar üçün bir sıra rekord göstəricilər qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, I Oyunlarda ( Səudiyyə Ərəbistanı, 2005-ci il) 57 ölkədən 6 minə qədər iştirakçı 15 idman növü üzrə mübarizə aparıb. II Oyunlar 2009-cu ildə İranda keçirilməli olsa, da bəzi səbəblərdən təxirə salınıb.

III Oyunlarda ( İndoneziya, 2013-cü il) 44 ölkədən 1769 iştirakçı 13 idman növü üzrə mübarizə aparıb. IV Oyunlarda ( Azərbaycan, 2017-ci il) 54 ölkədən 6 minə qədər iştirakçıdan 3 min idmançı 21 idman növü üzrə mübarizə aparıb.

IV Oyunlarda iştirak edən 54 ölkədən 9 ölkədə müsəlmanların sayı ümumi əhalinin sayında 50 faizdən aşağıdır ( Benin – 24,4 faiz, Qabon – 6,4 faiz, Qayana – 6,8 faiz, Kamerun – 20 faiz, Kot-d- İvuar – 39,9 faiz, Mozambik – 17,8 faiz, Surinam -13,8 faiz, Toqo – 20 faiz, Uqanda – 12,1 faiz ).

I Oyunlar barədə açıq mənbədə təfsilatlı məlumatlar olmadığına görə indiki oyunların bəzi nəticələri ancaq III ( İndoneziya, 2013) Oyunlarla müqayisə edilib.

III Oyunlarda 23, IV Oyunlarda isə 40 ölkə bu və ya digər əyarlı medala sahib ola bilib. II Oyunlarda 18, IV oyunlarda isə 24 ölkə qızıl medala sahib ola bilib.

“Bakı-2017” Oyunlarında medala sahib olan 40 ölkədən 22-si ( Qırğızıstan, Səudiyyə Ərəbistanı, İraq, Türkmənistan, Suriya, Kamerun, Banqladeş, Seneqal, Qambiya, Benin, Qvineya-Bisau, Mozambik, Pakistan, Oman, Qayana, Surinam, Cibuti, Mali, Uqanda, Əfqanıstan, Yəmən, Livan ) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiadasında medala sahib ola bilməmişdilər. III Oyunlara ev sahbi olan İndoneziya 29-u qızıl plmaqla 78 medala sahib olmuşdu. Bu sə ümumi medalların içində müvafiq olaraq 43 və 35 faizini təşkil edirdi. İlk iki yeri tutan İndoneziya və Misir birilkdə 53-ü qızıl olmaqla 151 medala sahib olmuşdular. Bu isə ümumi medalların müvafiq olaraq 79 və 69 faizini təşkil edirdi.

IV Bakı Oyunlarda ev sahbi olan Azərbaycanın 75-i qızıl olmaqla 162 medalı var. Bu isə ümumi medal sayının müvafiq olaraq 27 və 18 faizini təşkil edir. İlk iki yeri tutan Azərbaycan və Türkiyənin birilkdə 146-ı qızıl olmaqla 357 medalı vardırr. Bu isə ümumi medalların müvafiq olaraq 54 və 40 faizini təşkil edir.

Səxavət


Müəllif: Teleqraf.com