24 May 2017 20:39
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı və amerikalı tay-boks arasında baş tutan döyüş qeyri-adi hadisə ilə yadda qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pattayedə baş tutan döyüş zamanı amerikalı Dorian Prays və fransalı Conatan Leko üz-üzə gəlib.

Qızğın döyüş zamanı idmançılar eyni anda biri-birilərini nakauta göndəriblər.

Bir neçə saniyə sonra amerikalı idmançı özünə gəlsə də, rəqibi ayağa qalxa bilməyib.

Həmin görüntüləri təqdim edirik:

Samir


Müəllif: Teleqraf.com