29 May 2017 14:54
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk mətbuatının ehtimalına görə, Arda Turan iyunun 30-da “Barselona”nı tərk edəcək.

Teleqraf.com bu xəbər sport.es-in Arda Turan haqda yazısında yer alıb. Sayt yazır ki, "Barselona" komandasının heyəti İspaniya Kral kubokunu qazanmanı təntənəli şəkildə bayram edərkən Arda Turan bir kənarda oturaraq Karles Navalla dərdləşib. Onun kədərli səfər ovqatı mətbuatın nəzərindən yayınmayıb.

Qeyd edək ki, Türkiyəli yarımmüdafiəçi "İnter", "Napoli", "Arsenal" və Çin liqasından təklif alıb.

Bir neçə gün əvvəl isə Arda Turanın Kamp Noudakı geyim dolabını boşaltdığı və sevimli stadionuna yalnız oyun günü gələn bir neçə klub işçisi ilə vidalaşdığı bildirlir.


Müəllif: Alpər Cəbrayıl