6 İyun 2017 13:40
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il dünya çempionatının seçmə qrup oyunları çərçivəsind iyunun 10-da Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın hakim təyinatları açıqlanıb.

Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü Xavyer Estradanın rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək. Ona Migel Martines və Teodoro Sobrino yan xətt, Alexandro Hernandes isə 4-cü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.


Müəllif: Teleqraf.com