6 İyun 2017 16:20
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Arda Turanı məşq bazasından uzaqlaşdırıb.

Teleqraf.com-un "Hürriyet"ə istinadən xəbərinə görə, buna səbəb futbolçunun milli komandanın təyyarəsində jurnalistə hücum etməsidir.

Bundan başqa, Terim Ardanı milli komandanın siyahısından da çıxarıb. Beləliklə, Arda Turan bazar günü baş tutacaq Türkiyə-Kosova qarşılaşmasını tribunalardan izləyəcək.


Müəllif: Teleqraf.com