6 İyun 2017 16:57
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Formula 1 yarışına hazırdır. Ötən illə müqayisədə Bakı Şəhər Halqası da yarışa daha hazırlıqlıdır. Hər şey yüksək səviyyədə təşkil edilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi və Formula 1 yarışları üzrə direktoru Çarli Vaytinq deyib.

Onun sözlərinə görə, ötən il Bakıda baş tutan Formula 1 yarışı xoş sürprizlə yadda qalıb: "Əminik ki, bu il də eyni təəssüratı yaşayacağıq. Trekə baxışdan sonra təhlükəsizlik tədbirlərinə yenidən baxdıq. Təxminən 6-7 döngədə təhlükəsizlik tədbirlərini gücləndirdik. Bu ildən Formula 1 bolidlərinin qabariti 20 sm artacaq. Lakin düşünmürəm ki, Formula 1 bolidlərinin qabaritlərinin artması təhlükə yaratsın".


Müəllif: Nərgiz Ehlamqızı Foto: Elçin Murad