7 İyun 2017 23:42
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın "Veriya" klubunun futbolçusu İvan Bandalovski oyun zamanı pivə içib.

Teleqraf.com "Sportnet"ə istinadən xəbər verir ki, bu, ölkə çempionatının final matçında baş verib.

29-cu dəqiqədə fanatlardan biri meydana pivə qabı atıb. Bandalovski qabı götürərək açıb və bir-iki qutum pivə içəndən sonra tüpürüb. 90+3-cü dəqiqədə Bandalovski bərabərlik topunu vurub.

Qeyd edək ki, qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Levski" qələbə qazanıb - 10:9.


Müəllif: Teleqraf.com