8 İyun 08:17
285

"Forbes" jurnalı bu ilin ən çox qazanan idmançılarının siyahısını dərc edib.

Teleqraf.com-un məlumatına görə, siyahının ilk pilləsində ardıcıl ikinci il Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo qərarlaşıb. O, bu il ərzində 93 milyon dollar qazanıb. Bu məbləğin 58 milyonu "Real"dan alınan maaş və bonuslar, 35 milyonu isə reklam və biznesdən əldə olunan gəlirlərdir.

Siyahının ikinci pilləsində ABŞ basketbolçusu Lebron Ceyms (86.2 milyon dollar), üçüncü pilləsində Lionel Messi (80 milyon avro) qərarlaşıb.

Dünyanın ən çox qazanan futbolçuları aşağıda adları qeyd olunanlardır:

1. Kriştiano Ronaldo (futbol, Portuqaliya) – 93 milyon dollar
2. Lebron Ceyms (basketbol, ABŞ) – 86.2 milyon dollar
3. Lionel Messi (futbol, Argentina) – 80 milyon dollar
4. Rocer Federer (tennis, İsveçrə) – 64 milyon dollar
5. Kevin Dyurent (basketbol, ABŞ) – 60.6 milyon dollar
6. Rori Makilroy (qolf, Şimali İrlandiya) – 50 milyon dollar
7. Endryu Lak (Amerika futbolu, ABŞ) – 50 milyon dollar
8. Stefen Karri (basketbol, ABŞ) – 47.3 milyon dollar
9. Ceyms Xarden (basketbol, ABŞ) – 46.6 milyon dollar
10. Luis Hemilton (Formula-1, Böyük Britaniya) – 46 milyon dollar


Müəllif: Teleqraf.com