8 İyun 2017 15:52
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” futbol klubunda iki təyinat olub.

Klubdan Teleqraf.com-a verilən məlumata görə, Kamal Quliyev "Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin edilib.

Kamal Quliyev 1997-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib.

Eldəniz Yusifov isə 2005 - 2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.


Müəllif: Şəfiqə Nazimqızı