8 İyun 2017 21:58
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Şimali İrlandiya görüşü önəmli qarşılaşmadır və biz millimizə inanırıq. Başqa oyunlarda olduğu kimi, lazımi şəkildə dəstək verib komandamızın uğur qazanmasını arzulayacağıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - Şimali İrlandiya qarşılaşmasından gözləntilərini dilə gətirərkən deyib.

O, Riçard Almeydanın milliləşdirilməsinin yığmamıza və “Qarabağ” klubuna töhfəsindən də danışıb:

“Almeyda kimi futbolçunun milliləşdirilməsi müsbət haldır. AFFA uzun müddət bu istiqamətdə çalışırdı. Almeydanın milliləşdirilməsinin Azərbaycan futboluna xeyir verəcəyini düşünürəm. İstənilən halda Almeyda tipli futbolçu hər bir komandaya lazımdır”.

Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.


Müəllif: Nərgiz Cavadzadə