9 İyun 2017 15:49
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya futbolunda etdiyi astronomik transferlər ilə gündəmə gələn Çin komandalarından biri Kriştian Ronaldo üçün şok bir təklifə imza atıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir Çin klubu Kriştian Ronaldonu transfer etmək üçün La Liga və Çempionlar Liqasının son çempionu “Real Madrid”ə 200 milyon avro ödəməyi təklif edib.

Çin komandası Kriştian Ronaldoya veriləcək illik maaşın 120 milyon avro olacağını açıqlayıb. Bu astronomik transfer təklifinə Ronaldonun nə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, “Real Madrid” formasıyla rekordlara imza atan Ronaldonun İspan klubu ilə 2021-ci ilədək müqaviləsi var.


Müəllif: Şəfiqə Nazimqızı