9 İyun 2017 16:29
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Boks Mərkəzində baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonları təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparıb.

6 gün davam edən yarışın yekununda ən güclülərin adlarına aydınlıq gəlib. 2003-2004-cü illər təvəllüdlü boksçular arasında baş tutan yarışda komanda hesabında Sumqayıt idmançıları bütün rəqiblərini qabaqlayıblar. İkinci pilləyə “Rabitə”, üçüncü yerə Gəncə çıxıb.

Yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.

Yarışın bütün mükafatçıları

37 kq

1. Nihad Qurbanlı (“Neftçi” İdman Klubu)

2. Tamerlan Cavadlı (Sumqayıt)

3. Hüseyn İsazadə (Tərtər)

3. Əvəz İsmiyev (Neftçala)

38,5 kq

1. Zaur Qəhrəmanov (“Gilan”, Bakı)

2. Nicat Hüseynov (UGİM-8)

3. Məhəmməd Həsənzadə (RYİUM)

3. Abbasqulu Hacıyev (Neftçala)

40 kq

1. Elbrus Adıgözəlov (“Qəbələ” İK)

2. Murad Kərimov (Biləsuvar)

3. Fəqan Məmmədov (“Sədərək” İK)

3. Əli Cəfərov (Salyan)

41 kq

1. Fikrət Zeynalov (Gəncə)

2. Səid Abdullayev (UGİM-19)

3. Muxtar Umayev (Şabran)

3. Heybət Dadaşov (Siyəzən)

43 kq

1. Əli Gözəlov (Sumqayıt)

2. Sahib Bayramov (ROİL)

3. Kənan Abulov (Tovuz)

3. Fərid Quliyev (“Neftçi” İdman Klubu)

44 kq

1. Əsəd Ağayev (Cəlilabad)

2. Əli Əsgərli (“Zenit”, Bakı)

3. Mirsəid Nəbiyev (“Gilan”, Bakı)

3. Rəsul Məmmədov (“Rabitə”)

46 kq

1. Əli Qəmbərov (Sumqayıt)

2. Rəvan Musayev (Gəncə)

3. Zəlimxan Süleymanov (“Rabitə”)

3. Rail Əhmədov (Şəmkir)

48 kq

1. Nicat Kərimov (Gəncə)

2. Əli İsgəndərov (“Neftçi” İdman Klubu)

3. Xudu Huanveriyev (“Neftçi” İdman Klubu)

3. Xudat Məmmədov (“Sədərək” İK)

50 kq

1. Elmar Abbasov (“Rabitə”)

2. Sədullah Nəsirov (“Gilan”, Bakı)

3. İsmayıl Gülməmmədov (“Neftçi” İdman Klubu)

3. Elməddin Ağayev (Şirvan)

52 kq

1. Sənan Mehdiyev (“Rabitə”)

2. Cavid Qurbanov (DİN)

3. Nahid Əhmədov (Sumqayıt)

3. Ənvər Babayev (Rabitə)

54 kq

1. Seymur Nəzərli (Sumqayıt)

2. Nicat Qurbanov (Gəncə)

3. Coşqun Nağıyev (UGİM-19)

3. Turqay Mirzəyev (MOİK)

56 kq

1. Fuad Bayramov (Rabitə)

2. Bəşir Göyüşov (Sumqayıt)

3. Rəhim Rəhimov (“Gilan”, Bakı)

3. Sərdar Səmədzadə (“Neftçi” İdman Klubu)

59 kq

1. Akif Əzizov (Neftçala)

2. Dəmirxan Hüseynov (Sumqayıt)

3. Samir Xankişiyev (“Neftçi” İdman Klubu)

3. Ömər Hüseynli (“Qalib” İK)

62 kq

1. İsa Novruzlu (“Qalib” İK)

2. Eldəniz Babayev (“Spartak”, Bakı)

3. İlkin Səlimov (Maştağa OİK)

3. Nurlan Qasımov (“Qəbələ” İK)

65 kq

1. Baloğlan Əkbərov (Hacıqabul)

2. Savalan Səfərov (“Neftçi” İdman Klubu)

3. Təbriz Nərimanov (“Məhsul”, Bakı)

3. Ümid İbrahimov (ROİL)

68 kq

1. Nurlan Hüseynquluyev (“Zenit”, Bakı)

2. Ayxan Mayılov (“Təhsil”, Bakı)

3. Kənan Həsənov (UGİM-16)

3. Rauf Zeynalov (MOİK)

72 kq

1. Cəfər Heydərov (Cəlilabad)

2. Elvin Həziyev (Ağcabədi)

76 kq

1. Rəvan Hüseynov (“Gilan”, Bakı)

2. Məhəmməd Səfərli (Lənkəran)

3. Rəvan Musazadə (Şəmkir)

3. Həsənqulu Məmmədov (Ağsu)


Müəllif: Nərgiz Cavadzadə