9 İyun 2017 21:07
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, “11-liy”i milli komandanın baş məşqçisi Robert Prosineçki bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

O, ilk dəqiqələrdən Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ramil Şeydayevin meydana çıxacağını bildirib.

Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com