10 İyun 2017 22:02
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

20.10

Tofiq Bəhramov adına Respublika stadionunda Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında 2018-ci il dünya çempionatının seçmə qrup oyunu başlayıb.

Teleqraf.com-un xəbərinə görə, komandaların heyəti belədir:

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 20. Riçard Almeyda, 22. Əfran Ismayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Emin Mahmudov, 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev

Baş məşqçi: Robert Prosineçki

Şimali İrlandiya: 1. Maykl Makqovern, 2. Konor Maklaflin, 4. Qaret Makauli, 5. Conni Evans, 8. Stiven Devis (kap.), 9. Liam Boys, 11. Kris Brant, 14. Stüart Dallas, 16. Oliver Norvud, 18. Aaron Hyuz, 21. Coş Magennis

Ehtiyat oyunçular: 12. Alan Mannus, 23. Roy Kerroll, 3. Şeyn Ferqyuson, 6. Tom Flanaqan, 7. Neyll Makginn, 10. Kayl Lafferti, 13. Daniel Lafferti, 15. Pol Paton, 17. Mettyu Land, 19. Şey Makkartan, 20. Li Hodson, 22. Adam Thompson

Baş məşqçi: Maykl O'Nill

Görüşü Xavyer Estrada Fernandesin başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edir.

Hazırda Şimali İrlandiya C qrupunda 10 xalla 2-ci, Azərbaycan isə 7 xalla 4-cü pillədədir.

21.14

Görüşün ilk hissəsində hesab açılmayıb.

Azərbaycan millisi iki dəfə hesabı açmağa yaxın olsa da, bundan yararlana bilməyib. Belə ki, matçın 16-cı dəqiqəsində Dmitri Nazarovun vurduğu zərbə qapının üstündən keçib. Yeddi dəqiqə sonra Ramil Şeydayov real qol imkanından yararlana bilməyib.

22.00

Şimali İrlandiya ilə görüşdə millimiz məğlub oldu - 0:1. Yeganə qolu 90+2-ci dəqiqədə Stüart Dallas vurub.

Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, Azərbaycan yığması Belfastdakı oyunda da Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.


Müəllif: Teleqraf.com