11 İyun 2017 19:28
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki sonuncu məğlubiyyətdən sonra əsəblərinə hakim ola bilməyib

Teleqraf.com xəbər verir ki, Şimali İrlandiya yığmasına evdə 0:1 hesabı ilə uduzan millimizin baş məşqçisi ona ünvanlanan suallara dözümsüz yanaşıb.

Xorvatiyalı mütəxəssis Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair iddialara münasibət öyrənən jurnalistlərin davamlı suallarının cavabında "Mənim getməyimi istəyirsiniz?" deyərək, əlindəki stəkanı masanın üzərinə çırpıb. Nəticədə stəkan qırılıb.

Həmin görüntünü şimali irlandiyalı jurnalist Liam Blekbern şəxsi tvitter hesabından paylaşıb.


Müəllif: Teleqraf.com