11 İyun 2017 23:58
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iş yeri Rusiya millisi olan Fabio Kapello özünə yeni iş yeri tapıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı italyan mütəxəssis “Syanzu Sunin” klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Onun illik 10 milyon avro qazanacağı bildirilir.

Kapellonun köməkçiləri Cianluka Zambrotta və Kristian Brokki olacaq.

Qeyd edək ki, “Syanzu Sunin” 16 komandalı Çin liqasında 8 xalla 15-ci yerdədir. Bu klub çıxdığı 12 oyunda cəmi 1 qələbə qazana bilib.


Müəllif: Teleqraf.com