12 İyun 20:42

"Real"ın futbolçusu Kriştiano Ronaldo yenidən "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Teleqraf.com "Qol.az"a istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı hücumçunu transfer etməyə qərar verib. "MY"nın Madrid təmsilçisinə 200 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, K.Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. O, daha sonra 94 milyon avroya "Real"a transfer olunub.


Müəllif: Teleqraf.com