12 İyun 2017 20:54
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban Qurbanov futbol üzrə milli komandaya baş məşqçi gətirilir.

Teleqraf.com "Missiya.az"a istinadən xəbər verir ki, AFFA rəsmiləri Prosineçkiylə vidalaşaraq, baş məşqçi postuna “Qarabağ”ın təcrübəli çalışdırıcısını gətirir.

Mənbənin dediyinə görə, Prosineçki artıq “Bursaspor”la razılaşıb və karyerasını Türkiyə klubunda davam etdirəcək. “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın yaxınlarda milliləşdirilməsi də Qurban Qurbanovun yığmaya hazırlanması yolunda addım olaraq göstərilir. “Qarabağ” yeni çalışdırıcısı isə komandanın lideri Rəşad Sadıqov olacaq.

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli yığma komandası "DÇ-2018"in seçmə mərhələsində 6 oyundan sonra 7 xal toplayıb.


Müəllif: Teleqraf.com