12 İyun 2017 22:48
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Mərkəzin tərtib etdiyi siyahıya əsasən, Braziliya yığmasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Neymarın transferi 210,7 milyon avro dəyərləndirilir.

İkinci və üçüncü yerlərdə müvafiq olaraq "Tottenhem"dən Dele Alli (155,1 milyon avro) və Harri Keyn (153,6 milyon) gəlir.

Neymarın komanda yoldaşı Lionel Messi isə 4-cüdür - 151,7 milyon.

Avropa çempionu, Çempionlar Liqasının hazırkı qalibi Kriştiano Ronaldonun transferi 112,4 milyon avro dəyərləndirilir - 11-ci yer.


Müəllif: Teleqraf.com