Teleqraf.com UEFA-nın saytına istinadən xəbər verir ki, tamaşaçıların rəyinə əsasən İstanbulun "Beşiktaş" komandasının hücumçusu Cenk Tosun Çempionlar Liqasında vurduğu qol ən yaxşı olub.
Türk futbolçunun Lissabonun "Benfika" komandasının qapısına vurduğu qol 41 faiz səs toplayıb. İkinci yeri isə "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mancukiç tutub. Onun finalda "Real"ın qapısına vurduğu qol 19 faiz səs toplayıb.
"Real"ın hücumçusu Kriştianu Ronaldunun Lissabonun "Sportinq" komandasına qarşı oyunda vurduğu qol üçüncü yeri (13 faiz səslə) tutub.