16 İyun 2017 15:02
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kikboks üzrə dünya çempionu və əməkdar məşqçi Fuad Zeynalov 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı kikboksinq üzrə dəfələrlə dünya çempionu olan Eduard Məmmədov Feysbuk hesabında məlumat verib.

O bildirib ki, hazırda Fuad Zeynalovun vəziyyəti yaxşıdır:

"Bu gün əziz qardaşım, AKF-in çox hörmətli, sayılıb-seçilən dünya çempionu və əməkdar məşqçi Fuad Zeynalovun yanına gəldim, onu ruhlandırdım, mənəvi dəstək oldum, şükür Allaha çox yaxşıdı, söz verdi ki, yeni qələbələr hələ qarşıdadır".


Müəllif: Samir