18 İyun 2017 09:25
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yuventus”un müdafiəçisi Dani Alveş karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu “Mançester Siti”yə keçməyə yaxındır. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola sabiq futbolçusunu sərəncamında görmək istəyir.

34 yaşlı Alveş Turin klubunun ona yeni müqavilə təklif etməməsindən narazıdır. Bu, onun “Siti”yə keçməsi üçün əsas səbəblərdən biridir.

Qeyd edək ki, Alveşlə bir neçə il “Barselona”da Qvardiolanın rəhbərliyi altında oynayıb.


Müəllif: Teleqraf.com