18 İyun 2017 23:58
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli futbolçu Kriştianu Ronaldo “Real Madrid” komandasında qalmaq üçün şərtlərini açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, “Real Madrid” İspaniya hökümətinə olan cərimə borcunu ödəyərsə və futbolçunun yeni tələblərini qeyd-şərtsiz yerinə yetirərsə, Ronaldo bu komandada qala biləcəyini söyləyib.

Öz ulduzunu əlində saxlamaq üçün “Real Madrid”in bir çıxış yolu var: Ronaldonun tələblərini yerinə yetirmək! Bu tələblərə görə, “Real Madrid” 15 milyon avro yığılmış cəriməni ödəməli və portuqaliyalı futbol ulduzu ilə 1 illik yeni müqavilə bağlamalıdır.

Qeyd edək ki, bir neçə gün öncə Ronaldo vergini ödəmədiyinə görə “Real Madrid” futbol klubunu tərk edərək, “Mançester Yunayted”lə müqavilə bağlamağa hazırlaşdığını açıqlamışdı.


Müəllif: Könül Əlibəyli