19 İyun 2017 01:27
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə 19 yaşlı qızlardan ibarət Azərbaycan yığma komandasının üzvləri - Ülkü Özdəmir və Hatice Özdemir sabiq komanda yoldaşları Gizəm Tənəkəcini döyüblər.

Teleqraf.com newsport.az-a istinadən xəbər verir ki, hadisə Almaniyanın Frankurt şəhərinin Montobar qəsəbəsində baş verib.

Özdəmir bacıları və onların yanında olan adamlar Gizəm və anasını ölümcül döyüblər. G. Tənəkəci hazırda müalicə alır və vəziyyəti yaxşı deyil.

Zərərçəkmiş şəxs hadisə ilə bağlı açıqlama verib.

Xatırladıq ki, Ülkü-Hatice Özdemirlər və Gizem Tənəkəci 17 yaşlılardan ibarət Azərbaycan yığmasında komanda yoldaşı olublar. G. Tənəkəci hazırda yığma komandaya dəvət almasa da, Özdemir bacıları U-19-un üzvləridir.


Müəllif: Teleqraf.com