13 Aprel 2014 22:26
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun "Qalatasaray" klubu hücumçusu Burak Yılmazla yeni müqavilə imzalayıb.

Teleqraf.com-un Türkiyə mətbuatın aistinadən yaydığı xəbərə görə, 29 yaşlı oyunçu ilə 3 illik razılıq əldə olunub. Onun illik gəliri də artırılıb. Belə ki, ilinə 2.3 milyon avro qazanan futbolçu bundan sonra 2 milyon 530 min gəlir əldə edəcək.

Qeyd edək ki, Burakın "cim-bom"la 2016-cı ilə qədər müqaviləsi var idi.


Müəllif: Teleqraf.com