25 İyun 2017 09:29
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, fransalı Stiven Jozef-Monroz yeni mövsümdən komandanın şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Lans”, “Şatoru", “Kortriyk” və “Genk”in şərəfini qoruyub. Jozef-Monroz son olaraq 2015-2017-ci ildə Fransada “Brest”də oynayıb. Yarımmüdafiəçi 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.


Müəllif: Teleqraf.com