24 İyun 2017 01:19
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın və Braziliya millisinin oyunçusu Neymar braziliyalı aktrisa və model Bruna Markezidən ayrılıb.

Teleqraf.com xəbər verir ki, ayrılığa səbəb modelin münasibətlərini rəsmiləşdirməkdən imtina etməsi olub.

21 yaşlı qız öz karyerası ilə məşğuldur və nikaha girməyə tələsmir.

Qeyd edək ki, Neymar və Bruna 2012-ci ildən, qızın 16 yaşı olanda görüşməyə başlayıblar. Lakin iki il sonra sevgililər ayrılıblar və münasibətlərini yalnız ötən il bərpa ediblər.

Neymar 19 yaşında ata olub. Onun bir oğlu var.


Müəllif: Teleqraf.com