24 İyun 2017 20:36
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb.

Azərbaycan Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu gün keçirilən final mərhələsində rinqə yığmamızın üzvlərindən 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı çıxıb.

Həlledici görüşədək 3 rəqibinə qalib gələn Olimpiya mükafatçımız ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə 25 yaşlı boksçumuz Avropa çempionatını gümüş medalla bitirib.

Qeyd edək ki, Avropa çempionatında millimizin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya da qazanıb. Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək mundiala qatılmaq hüququna yiyələniblər.














Müəllif: Teleqraf.com