25 İyun 2017 00:36
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçirilən Konfederasiyalar Kubokunda A qrupunda son matçlar keçirilib.

Teleqraf.com xəbər verir ki, qrupda iki oyun da eyni vaxtda başlayıb.

Ev sahibi Rusiya növbəti mərhələyə çıxmaq üçün Meksika ilə qarşılaşıb. Oyunda hesabı da şimal qonşumuz açıb. Lakin, bu üstünlüklərini sona qədər qoruya bilməyiblər. 2 qol vuraraq əzmkar qələbə qazanan Meksika millisi qrup ikincisi kimi yarımfinala vəsiqə qazanıb.

Qrupun digər matçında isə Portuqaliya və Yeni Zelandiya üz-üzə gəlib. Son Avropa çempionu Portuqaliya zəif rəqibi qarşısında sürprizə imkan verməyib. 4-0 qalib gələn portuqallar qrup lideri kimi yarımfinala adlayıb.

Qeyd edək ki, B qrupunun son matçları sabah keçiriləcək.

Meksika – Rusiya - 2:1

Qollar: Araujo, 30, Lozano, 52, - Səmədov, 25

Yeni Zelandiya – Portuqaliya - 0:4

Qollar: Ronaldo, 33, Silva, 37, Andre Silva, 80, Nani, 90+1

1.

Portuqaliya

3

2

1

0

7:2

7

2.

Meksika

3

2

1

0

6:4

7

3.

Rusiya

3

1

0

2

3:3

3

4.

Yeni Zelandiya

3

0

0

3

1:8

0


Müəllif: Teleqraf.com