25 İyun 2017 22:59
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də qrup mərhələsinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, bu gün baş tutan iki oyunla sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.

B qrupunda keçirilən hər iki oyun da eyni saatda start götürüb.

Qrupdan isə Avstraliya ilə heç-heçə edən Çili və Kameruna qalib gələn Almaniya çıxıb. Qeyd edək ki, ötən gün Portuqaliya və Meksika milliləri yarımfinala yüksəlib.

Konfederasiyalar Kuboku – 2017
B qrupu
III tur
25 iyun

Almaniya – Kamerun - 3:1
Qollar: Kərəm, 48, Verner, 56, 81 - Abubakar, 79

Çili – Avstraliya - 1:1
Qollar: Rodrigez, 67 - Troisi, 42


Müəllif: Teleqraf.com