26 İyun 2017 08:05
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mario Balotellinin gələcək karyerasına aydınlıq gəlib.

Teleqraf.com xəbər verir ki, İtaliya millisinin sabiq üzvü son mövsümdə çıxış etdiyi “Nitsa”da qalacaq.

"Evinə xoş gəldin, Super Mario", deyə klubun saytında qeyd olunub.

Mario Fransa təmsilçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. Halbuki Balotellinin daha əvvəl Dortmund “Borusssiya”sı ilə anlaşdığı barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, 26 yaşlı forvard son mövsümdə Fransa çempionatında 28 oyunda 17 qol vurub.


Müəllif: Teleqraf.com