Belə ki, Florensiya təmsilçisinin fanatları klubun sahibləri olan Della Valle qardaşlarının lazımi qədər vəsait ayırmadıqlarını düşünür. Komanda son illər A seriyasında ilk “beşliy”ə girməsinə baxmayaraq, azarkeşlərin narazılığından bezən Della Valle qardaşları klubu satışa çıxarmaq qərarına gəlib.
Rəsmi sayt vasitəsilə bəyan edilən xəbərdə qardaşların təklif gözlədiyi vurğulanıb: “Fiorentina”nın sahibləri azarkeşlərin narazılığı ucbatından klubu düzgün idarə edəcəyinə inanan biznezmenlərlə görüşməyə hazırdı”.
Qeyd edək ki, 90 ildi fəaliyyət göstərən “Fiorentina” klubu 2 dəfə A seriyasının (1955-56, 1968-69), 6 dəfə ölkə kubokunun (1939–40, 1960–61, 1965–66, 1974–75, 1995-96, 2000-01), 1 dəfə İtaliya Superkubokunun (1996) və 1 dəfə də UEFA Kuboklar Kubokunun (1960-61) qalibi olub.