19 İyul 2014 11:24
688

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Alınan xəbərə görə, çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığma komandamız 3 çəki dərəcəsində təmsil olunub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

46 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova yarışa Rusiya güləşçisi üzərində qələbə iə başlasa da, Yaponiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan Türkan burada Belarus güləşçisini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Almaniyadan olan rəqibini təmiz qələbə ilə üstələyən güləşçimiz Dünya çempionatının bürünc medalını qazanıb.

Yeniyetmə qızların yarışında ilk gün güləşçilərimiz 1 gümüş medal qazanıb.

46 kq

1/8 final - Türkan Nəsirova - Anastasia Sizenko (RUS) 6:4

1/4 final - Miho İgraşi (JPN) - Türkan Nəsirova 6:0

Təsəlliverici görüş - Yuliya Jaunerik (BLR) - Türkan Nəsirova 0:10

Bürünc medal görüşü - Türkan Nəsirova - Annika Vendle (GER) 2:0 (təmiz qələbə)

52 kq

1/8 final - Johanna Lindborg (SWE) - Şəbnəm Əhmədova 8:4

70 kq

1/8 final - Anita Kələntərova - Kakran Divya (İND) 8:4

1/4 final - Anita Kələntərova - Nikol Ammann (GER) 0:6

Təsəlliverici görüş - Kristina Dudaeva (RUS) - Anita Kələntərova 10:0

/qafqazinfo/


Müəllif: