3 İyul 19:03
198

Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda İspaniyada təlim-məşq toplanışındadır.

Azərbaycan Cüdo FederasiyasındanTeleqraf.com-a verilən məlumata görə, idmançılar Kastelldefels şəhərində Avropa Cüdo Federasiyasının təşkil etdiyi toplanışda baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər. Təlim-məşq toplanışına Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Tural Səfquliyev, Elxan Məmmədov, Zelim Kotsoyev və Uşanqi Kokauri qatılıb. Onlar iyulun 7-də Vətənə qayıdacaq.

Qeyd edək ki, hazırlıqlarını Bakıda davam etdirəcək Azərbaycan cüdoçuları iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.


Müəllif: Teleqraf.com