4 İyul 02:31

Millimizin və "Neftçi"nin sabiq futbolçusu Samir Məsimovun Rusiyanın birinci divizionunda çıxış edən "Fakel”ə keçidi rəsmiləşib.

Teleqraf.com klubun saytına istinadən yaydığı xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri və müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, S.Məsimov "Fakel"də baxışda olduğu müddətdə komandanın yoxlama görüşlərində oynayıb.

Xatırladaq ki, S.Məsimov son olaraq AZAL-da çıxış edib.


Müəllif: Teleqraf.com