4 İyul 03:07
385

Kriştianu Ronaldo “Real”ı tərk etməyəcək.

Teleqraf.com "Qol.az"a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu “Kral klubu”nun prezidenti Florentino Pereslə telefon danışığında qərarını ona çatdırıb.

“Dostlarımla şam yeməyində mən sadəcə vergilərlə bağlı olan problemə görə təəssüfləndiyimi bildirdim. Mənimlə cinayətkar kimi davranılmasından xoşlanmıram. Halbuki İngiltərədə olduğu kimi

İspaniyada da hər zaman üzərimə düşəni etmişəm. Heç vaxt deməmişəm ki, “Real”dan ayrılmaq istəyirəm” - deyə Ronaldo Pereslə söhbəti zamanı bildirib.


Müəllif: Teleqraf.com