20 İyul 2014 13:58
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger komandasının transfer siyasəti ilə bağlı açıqlama verib.

Klubun rəsmi saytına danışan fransalı mütəxəssis transfer çalışmalarının hələ başa çatmadığını bildirib:

"Yay transfer siyasətimizdən çox məmnunam. Ancaq transferlərimiz hələ başa çatmayıb. Qarşıda çox işimiz var. Hansısa ad çəkmək istəmirəm, çünki həmin transferlərin baş tutacağına əmin deyiləm. Heyəti daha da gücləndirmək istəyirik. Bizə bir qapıçı da lazımdır. Tomas Vermalenin komandada qalacağını bilmirəm. Əgər o getsə, əvəzinə mütləq müdafiəçi almalıyıq".

Qeyd edək ki, "Arsenal" daha öncə Matye Debyuşi, Aleksis Sançez və Devid Ospina kimi futbolçuları heyətinə qatıb./qol.az/


Müəllif: