8 İyul 01:56
218

“Atletik” xərçəng xəstəliyindən əziyyət çəkən futbolçusu Yeray Alvaresə dəstək olub.

Teleqraf.com klubun Feysbuk səhifəsinə istinadən verdiyi xəbərə görə, komanda üzvləri 22 yaşlı müdafiəçiyə dəstək olaraq saçlarını kəsdiriblər.

Qeyd edək ki, Y. Alvaresdə 2016-cı ildə xərçəng aşkarlanıb. Həmin vaxt əməliyyat olan futbolçu yenidən yaşıl meydanlara dönsə də, iyun ayında səhhəti yenidən ağırlaşıb. Hazırda Alvaresə kimya terapiyası tətbiq edilir.


Müəllif: Teleqraf.com