10 İyul 2017 15:45
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ” – "Samtredia” oyununun hakimləri açıqlanıb.

Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Samtredia” qarşılaşmasını türk hakimlər idarə edəcək:

Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Halil Meler, Esat Sancaktar
Dördüncü hakim: Erdem Bayik
(Hakimlər Türkiyədəndir)
UEFA nümayəndəsi: Graham Hover (İngiltərə)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)


Müəllif: Teleqraf.com