11 İyul 2017 22:57
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.

Teleqraf.com-un xəbərinə görə, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub.

Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edir.

Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunur.

11 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsiniin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0 (İkinci hissə)
Qollar: Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1

Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Müəllif: Teleqraf.com