24 Aprel 2014 14:15
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıçı birja maklerlərindən sayılan sinqapurlu Piter Lim “Milan”ı almaqda israrlıdı

Teleqraf.com xəbər verir ki, sinqapurlu biznesmen bunun üçün 500 milyon avro ödəməyə hazırdı. Bir müddət əvvəl o, “Milan”ın səhmlərinin 51 faizinə sahib olmaq üçün 300 milyon avro təklif etmişdi.

Klubun sahibi Silvio Berluskoni dəfələrlə bəyan edib ki, ağır maliyyə durumuna baxmayaraq, komandanın səhmlərinin 30 faizdən artığını satmayacaq.

2008-ci ildə Piter Limin sərvətinin 1 milyard dollar olduğu bildirilmişdi.

Xatırladaq ki, “Milan” hazırda İtaliya çempionatında 51 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Müəllif: