13 İyul 00:45
186

Sərt karate növü sayılan Şinkiokuşinkay üzrə dünya çempionu adını ilk dəfə Azərbaycana gətirən Səlahət Həsənov Qazaxıstanda keçirilən çempionatda qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Həsənov bununla 2017-ci ilin dünya çempionu kimi adını tarixə salıb.

Səlahət Həsənov karatenin Şinkiokuşinkay növü üzrə bütün Qafqazda yeganə dünya çempionudur.

Ümumilikdə Astanada dünya çempionatında 192 idmançı iştirak edib.


Müəllif: Teleqraf.com