16 İyul 2017 22:28
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Bursaspor” klubu milli komandamızın hücumçusu Dəniz Yılmazı bağışlayıb.

Teleqraf.com-un “Anadolu” agentliyinə istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl əsas komandadan kənarlaşdırılan futbolçu Avstriyada keçiriləcək təlim-məşq toplanışına qatılacaq. Bu qərar Dənizin yeni baş məşqçi Paul Le Guenlə görüşündən sonra verilib.

Görüşdə Dəniz Yılmaz klubda üzləşdiyi problemlər barədə məşqçiyə məlumat verib. bundan sonra yeni məşqçi ona güzəştdə gedib.

Sabah Avstriyada başlanacaq hazırlıq prosesi öncəsi Paul Le Guenlə millimizin futbolçusunun birgə mətbuat konfransı keçiricəyi gözlənilir.

Qeyd edək ki, əsas komandadan uzaqlaşdırıldıqdan sonra Dəniz Yılmaz klubun bazasında tək məşq edirdi. Onun yeni mövsümdə başqa kluba keçəcəyi də iddia olunurdu.


Müəllif: Teleqraf.com