18 İyul 2017 20:57
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

Teleqraf.com xəbər verir ki, xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tiflisə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç saat bu gün saat 21:00-da başlayacaq.


Müəllif: Teleqraf.com